Qışda üzdə niyə sızanaqlar çıxır? - KOSMETOLOQ AÇIQLADI

11 Fevral 2024 07:50

Kosmetoloq Mereen Patterson qışda üzdə sızanaqların əmələ gəlməsinin səbəblərini açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, qışda insanların çoxu isti şərflərə üstünlük verir.

Onun sözlərinə görə, lakin şərflər tez-tez yuyulmur:

"Eyni zamanda, şərf dəridə tıxanmış məsamələrə və sonrakı iltihaba səbəb olur. Bundan əlavə, qışda salisilik turşusu olan məhsulla üzünüzü mütəmadi olaraq təmizləmək problemdən qurtulmağa kömək edəcək. Sızanaqların digər səbəbləri arasında spirtli içki içmək, stress və ya D vitamini çatışmazlığı səbəbindən artan sebum istehsalı daxildir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun