53 yaşlı kişi quyuya düşüb öldü - FOTO

11 Fevral 2024 08:30

Sumqayıtda 53 yaşlı kişi quyuya düşərək ölüb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, hadisə Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Mahir Qabil oğlu Əhmədov ərazidə olan üstü açıq quyuya düşərək ölüb.

Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun