Zelenski silahların istehsalı ilə bağlı iclas keçirdi

11 Fevral 2024 08:40

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 10-da ölkənin silah və sursat istehsalı ilə bağlı iclas keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Mən Ukraynanın silah və sursat istehsalı ilə bağlı ətraflı görüş keçirdim. Artıq istehsal etdiyimiz və istehsal etməyi planlaşdırdığımız hər şey müzakirə olundu. Maliyyələşdirmə ilə bağlı dəqiq tapşırıqlar, müqavilələrin sürətləndirilməsi üçün nəzərdə tutulan hər şey yerinə yetiriləcək", - Zelenski bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun