Antalyada gəmiqayırma zavodunda güclü yanğın

11 Fevral 2024 00:38

Türkiyənin Antalya şəhərinin qərbində gəmiqayırma zavodunda güclü yanğın olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayəb.

"Yanğın saat 20.30-da Konyaaltı ərazisində, gəmiqayırma zavodlarından birində yerləşən azad ticarət zonasında başlayıb", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ən azı on yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun