DİN-dən əhaliyə XƏBƏRDARLIQ

11 Fevral 2024 00:25

"Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var".

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.

O deyib: "Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. "Qaytarıram", - deyirsə kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun