Aqil Əhmədov öldürüldü

11 Fevral 2024 00:20

Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun