Faciəli şəkildə ölən 20 yaşlı gənc görün kim imiş

10 Fevral 2024 23:10

Şəmkirdə ölümlə nəticələm yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü, 2004-cü il təvəllüdlü Elvin Bayramov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun