Azərbaycandan Həccə getmək istəyənlərin diqqətinə!

10 Fevral 2024 20:57

Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən Azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib.

QMİ-nin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.

Tələb olunan sənədlər:

1. Ümumvətəndaş pasportu;

2. Şəxsiyyət vəsiqəsinin surəti;

3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4. Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun