İsmayıllı sakinindən odlu silah götürüldü

10 Fevral 2024 20:52

Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı TOZ markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun