BMT TŞ-nin daimi üzvü olacağıq – Hindistan

10 Fevral 2024 20:02

Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

"Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.

Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun