Zelenski Makronla telefonla danışdı

10 Fevral 2024 18:57

Ukrayna Prezidenti Volodimir Zelenski və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Döyüş meydanındakı vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, yaxın mənzilli pilotsuz uçuş aparatlarını, artilleriya sistemləri və mərmiləri, hava hücumundan müdafiə sistemlərinin xüsusiyyətlərini müzakirə etdik", - Zelenski qeyd edib.

Bundan əlavə, onlar G7 Vilnüs Bəyannaməsi çərçivəsində təhlükəsizlik təminatlarına dair ikitərəfli sənədin hazırlanmasını müzakirə ediblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun