"Real"ın keçmiş futbolçusu "Barselona"ya rəhbərlik edə bilər

10 Fevral 2024 22:21

"Real"ın keçmiş futbolçusu Xabi Alonso "Barselona"ya rəhbərlik edə bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Alonso yayda "Nou Kamp"dan ayrılmaq niyyətində olan Xavini əvəz edə bilər. Alonso hazırda "Bayer Leverkuzen"i çalışdırır. Onun rəhbərlik etdiyi klub hazırda Bundesliqa lideridir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun