Bakıda faciəvi şəkildə ölən Aqil bu şirkətdə çalışırmış - FOTOlar

10 Fevral 2024 18:04

Xəbər verdiyimiz kimi, 38 yaşlı Aqil Fail oğlu Rəhimov ötən gün Binə qəsəbəsində dəm qazından boğularaq dünyasını dəyişib.

Tanınmış aktyora ağır itki - YENİLƏNİB - FOTO

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi mənzil A. Rəhimovun qardaşına məxsus olub. Sumqayıtda yaşayan Aqil Rəhimov həmin vaxt qardaşının evinə qonaq gəlibmiş.

Məlumata görə, ali təhsilli olan Aqil bir neçə xarici dil bilirmiş. Tərcüməçi kimi çalışan Rəhimov həm də turizm şirkətlərində bələdçi kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Aqil Rəhimov Lənkəran Dövlət Dram Teatrının aktyoru Allahverən Babayevin bacısı oğludur. Bir övlad atası idi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun