Efirdə sərt çıxış edən Nadirin mikrofonu SÖNDÜRÜLDÜ – VİDEO

10 Fevral 2024 15:44

"Nə Türkiyədə, nə də ruslarda 30 milyon izləmə yoxdur. Bizdə necə ola bilər? Savadlı musiqi trend olmur".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Zaurla Günaydın" proqramında deyib. Sənətçi trend olan bayağı mahnılardan danışıb.

Sərt sözlər işlədən Nadirin mikrofonunu bağlayıblar. Bu isə sənətçini əsəbiləşdirib. 

"Bəsdirin, özünüz deyib, özünüz danışırsınız. Ölkədə savadlı, zövqü qəşəng olan insan azdır. Niyə kəsirsiniz səsimi" deyə, Nadir bildirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun