Ukrayna Quru Qoşunlarına yeni komandan təyin olundu

10 Fevral 2024 14:44

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün teleqram kanalında yazıb.

O bildirib ki, sözügedən vəzifəni bundan sonra Oleksandr Pavlyuk icra edəcək.

Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun