Piyada keçidindən keçmədi, maşın vurdu

10 Fevral 2024 12:57

Yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Belə ki, hadisə Bakı-Sumqayıt şosesində qeydə alınıb.

Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun