Zaqataladan Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya edilən 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadənin Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
R.Məmməd bildirib ki, onun vəziyyəti ağır stabildir, huşu yerindədir.
Qeyd edək ki, hadisə fevralın 8-i rayonun Göyəm kəndində qeydə alınıb. Belə ki, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan "Mercedes" markalı minik avtomobili ilə Göyəm kənd sakinləri olan üç məktəblini vurub. Hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər. 2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisə ilə əlaqəli cinayət işi başlanıb, sürücü saxlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun