Xarkova hücum oldu - ölənlər var

10 Fevral 2024 11:54

Rusiya bu gecə "Shahed" dronları ilə Ukraynanın Xarkov şəhərinə hücum edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 14 ev yanıb.

Üçü uşaq olmaqla yeddi mülki şəxs ölüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun