Şahruddinin komandası yenə uduzdu

10 Fevral 2024 11:43

Türkiyə Super Liqasında 25-ci tura start verilib. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, turun ilk oyununda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Dəmirspor" evdə "Kasımpaşa"nı qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Şahruddin də bu oyunda iştirak edib. Qolkiper start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Hazırda turnir cədvəlində "Kasımpaşa" 38 xalla 4-cü, "Adana Demirspor" isə 31 xalla 9-cudur. 

Türkiyə Superliqası, 25-ci tur

9 fevral

"Adana Demirspor" - "Kasımpaşa" - 1:3

Qollar: Balotelli, 87 - Fall, 29, A.Kara, 32, Hayradinoviç, 57-pen. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun