Xızrı Şıxsəidov İlham Əliyevi təbrik edib

10 Fevral 2024 11:18

Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Məclisinin sabiq sədri Xızrı Şıxsəidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Müdrik xalqınızın Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçəcəyinə şübhə yox idi. Siz titanik səyləriniz və müdrik dövlət xadiminə məxsus şəxsi keyfiyyətləriniz sayəsində Ulu Öndər Heydər Əliyevin bütün vəsiyyətlərini həyata keçirməyi bacardınız. Hesab edirəm ki, digər ölkələrin liderlərinin Sizdən örnək götürmələrinə dəyər.

Sizi təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram.

Yaşasın Azərbaycan!"

Milli.Az