Yanvar ayında Türkiyənin polad məhsulları ixracı artıb

10 Fevral 2024 11:27

2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına polad məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 2,1 faiz artaraq, 1,12 milyard dollara bərabər olub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Qeyd edilib ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara bərabər olub.

"Keçən ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun