Evin altında 40 metrlik quyu qazıb, lift quraşdıran dəstə ələ keçdi - FOTOlar

10 Fevral 2024 10:55

Türkiyənin Kırklareli şəhərində şübhəli evə basqın edilib.

Milli.Az bildirir ki, qonşuların polisə verdiyi məlumat əsasında basqın edilən evdə şübhəli vəziyyət aşkarlanıb. Belə ki, evin altında 40 metrlik quyu və lift sistemi aşkar edilib.

Məsələ ilə bağlı 6 nəfər saxlanılıb. Onların evin altında dəfinə axtardıqları üzə çıxıb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az