Yaxın vaxtlarda delimitasiya komissiyasının iclası keçirilə bilər

10 Fevral 2024 10:37

Yaxın vaxtlarda Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

"Növbəti görüşün vaxtı ilə bağlı hələlik razılıq yoxdur, amma düşünürəm ki, biz bunu yaxın vaxtlarda təşkil edəcəyik", - o qeyd edib.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası yanvarın 31-də keçirilib. Görüş Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətləri arasında baş tutub. Bu sayca 6-cı görüş olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun