Məşhur aktyor London küçələrində qeyri-adi paltarda görüntüləndi - FOTOlar

11 Fevral 2024 02:02

Britaniyalı aktyor Orlando Blum London küçələrində elf geyimində görüntülənib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, paparazzilər 47 yaşlı sənətçini yaxalıqlı sviter, qeyri-adi manjet və şalvardan ibarət al-qırmızı və yaşıl kostyumda qeydə alıblar. Bundan əlavə, o, adıçəkilən çalarlarda dizə qədər corablar və gülməli iti burunlu düz ayaqqabılar geyinib. Aksessuar kimi stilistlər aktyora qırmızı kəmərli çanta və pomponlu papaq seçiblər.

Məlum olub ki, bu obrazda Blum yeni komediya filmində rol alır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun