“Qalatasaray” hücumçusunu Renat Dadaşovun klubuna icarəyə verdi

10 Fevral 2024 10:21

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Hatayspor" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, komanda "Qalatasaray"dan Halil Dərvişoğlunu icarəyə götürüb.

Türkiyə millisinin də formasını geyən 23 yaşlı hücumçu mövsümün sonuna qədər Hatay klubunda top qovacaq.

Qeyd edək ki, müqavilə üzrə İsveçrə "Qrasshopper"inə məxsus olan Renat Dadaşov da icarə əsasında "Hatayspor"da çıxış edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun