Pakistanda seçki günü 51 terror hadisəsi qeydə alınıb

10 Fevral 2024 07:19

Pakistanın müxtəlif bölgələrində seçki prosesini əngəlləmək məqsədilə ümumilikdə 51 terror aktı həyata keçirilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistan Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib.

Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun