Puqaçovanın qızının konserti ləğv edildi

10 Fevral 2024 06:59

Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı Kristina Orbakaytenin konserti ləğv edilib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, martın 19-u Vladivostokda planlaşdırılan konsertin hansı səbəbdən ləğv olunduğu açıqlanmayıb.

Qeyd edək ki, Alla Puqaçova və şoumen Maksim Qalkin 2022-ci ildə övladları ilə Rusiya-Ukrayna müharibəsi fonunda İsrailə köçüb. Sonra İsrail-Fələstin münaqişəsinə görə Kiprin Limasol şəhərinə gediblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun