Çində Yaşıl Taxta Əjdaha ili başlayıb

10 Fevral 2024 06:50

Ay təqviminə görə Çində Yeni il fevralın 10-na keçən gecə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu ilin zodiakı olan Yaşıl Taxta Əjdaha Qara Su Dovşanını əvəz edib.

Zodiak bürcün əlamətləri Çin tarix hesabının dövri sistemi ilə bağlıdır. Yəni, ilin rəmzi ilə bu və ya digər ilk element (od, su, taxta, dəmir və torpaq) və rəng (qırmızı, qara, yaşıl, ağ və sarı) müvafiq olur. Dövrilik hər 60 ildən bir təkrar olunur, sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun