Havay adalarında güclü zəlzələ baş verdi

10 Fevral 2024 00:55

Havay adalarında 6,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin episentri təxminən 43 min insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun