Xəzər dənizində batmış gəmi tapıldı - VİDEO

9 Fevral 2024 23:01

Xəzər dənizində suyun çəkilməsindən sonra illər əvvəl batmış gəmi qalıqları üzə çıxıb.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, sakinlər bildiriblər ki, əslində, bu ərazidə üzə çıxan qalıqlar əvvəlcədən də  görünüb. Lakin sonradan suyun daha artıq çəkilməsi ilə qalıqlar çox üzə çıxıb.

Gəminin hansı quruma aid  olduğunu aydınlaşdırmaq  üçün "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə müraciət etdik. Bildirildi ki, gəmi "Xəzər Dəniz Gəmiçiliyi"nə aid deyil. Qeyd olunub ki, gəminin adı məlum olmadığından, heç bir məlumata malik deyillər.

Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı olub.

Bəs bu gəmi nə vaxt batıb və hansı məqsədlər üçün istifadə edilib?

Milli.Az