Şabranda ağır qəza: xəsarət alanlar var

9 Fevral 2024 22:26

Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobilinin maneyə çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az