Bu gün Azərbaycan Basketbol Liqasında XIV turun növbəti matçı keçirilib.
Milli.Az idman.biz-ə istinadən bildirir ki, üçüncü oyun günündə bir qarşılaşma baş tutub.
Autsayderlər qrupunda qərarlaşan "Sumqayıt" öz meydanında "Cəlilabad"ı qonaq edib. Oyuna yaxşı başlayan meydan sahibləri ilk 3 periodda böyük üstünlük qazanıblar. Qonaq komanda yalnız sonuncu 10 dəqiqədə özünə gələ bilib. "Cəlillabad"ın qazandığı 41 xal məğlubiyyətdən qaçmağa kömək etməyib. "Sumqayıt" 4 oyundan sonra qələbə qazanıb.
Qeyd edək ki, tura fevralın 11-də yekun vurulacaq.
| Xəzri BK | 14 | 12 | 2 | 1257-1144 (+113) | 26 | 
| Sabah BK | 14 | 11 | 3 | 1282-1083 (+199) | 25 | 
| Neftçi İK | 14 | 10 | 4 | 1104-1037 (+67) | 24 | 
| NTD-İNDİQO | 13 | 10 | 3 | 1223-1047 (+176) | 23 | 
| Xırdalan BK | 14 | 8 | 6 | 1295-1259 (+36) | 22 | 
| Sərhədçi PİK | 13 | 5 | 8 | 1128-1168 (-40) | 18 | 
| Cəlilabad BK | 13 | 5 | 8 | 1118-1164 (-46) | 18 | 
| Sumqayıt BK | 14 | 4 | 10 | 1185-1309 (-115) | 18 | 
| Gəncə BK | 13 | 3 | 10 | 1124-1132 (-101) | 16 | 
| Şəki BK | 14 | 0 | 14 | 1017-1302 (-285) | 14 | 
Milli.Az