İsrail ABŞ-ni müharibə bataqlığında boğacaq - Abdullahian

9 Fevral 2024 21:16

İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.

Milli.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib.

O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb (publika)

Milli.Az