Netanyahu hərbi kabinetin təcili iclasını çağırdı

9 Fevral 2024 19:15

İsrailin baş naziri Benyamin Netanyahu hərbi kabinetin təcili iclasını çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında əməliyyatın müzakirəsi və girovların azad edilməsi ilə bağlı mümkün sövdələşmə gündəmdədir.

"İsrail hökuməti HƏMAS hərəkatının Qəzza zolağındakı lideri Yəhya Sinvarı anklavda saxladığı bütün girovları azad etmək şərti ilə aradan qaldırmaq əvəzinə, ölkədən çıxarmağı düşünür", məlumatda qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun