Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib - VİDEO - FOTO

9 Fevral 2024 18:36

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Öncəliklə müsiqişünas Aysel Kərim bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Daha sonra bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova (soprano) öz ifasını dinləyicilərə təqdim edib.

Konsertdə bəstəkarın əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az