Cadenza Contemporary Orchestra-nın konserti keçirilib - FOTO

9 Fevral 2024 18:28

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Cadenza Contemporary Orchestra-nın konserti keçirilib.

Cadenza Contemporary Orchestra-nın (bədii rəhbər: Türkər Qasımzadə) müşayiəti ilə solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Sultan Kərimov (violin) öz ifasını dinləyicilərə təqdim edib. Konsertdə gitara ifaçısı Raul Hüseynov da iştirak edib.

Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az