Bakıda 5 yaşlı uşaq faciəvi şəkildə öldü

9 Fevral 2024 16:52

Bakının Sabunçu rayonunda 5 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb. 

2019-cu il təvəllüdlü R.A. Şuşa şəhərciyində yerləşən çoxmərtəbəli binanın eyvanından yıxılaraq yerə düşüb. Azyaşlı aldığı xəsarətlərdən keçinib.

Fakt araşdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun