12 yaşlı uşaq bu səbəbdən intihar edibmiş

9 Fevral 2024 16:28

Gəncədə 12 yaşlı oğlanın intihar etməsinin ilkin səbəbi açıqlanıb. 

Milli.Az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Daşkörpü adlan ərazisində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

2012-cü il təvəllüdlü A.Məmmədovun meyiti valideyinləri tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

İlkin məlumata görə, 12 yaşlı oğlanın valideyinləri telefonu onun əlindən alıb. Bu səbəbdən də o intihar edib.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun