"500 min nə puldur ki..." - VİDEO

9 Fevral 2024 16:12

Müğənni Nüşabə Musayeva Zaur Kamalın efirinin qonağı olub.

Milli.Az bildirir ki, sənətçi aparıcının sualına verdiyi cavabla qıcığa səbəb olub. O, qızının şad gününə çəkdiyi xərcdən danışıb.

500 mini bir yerdə görmədiyini deyən Zaura müğənninin verdiyi cavab maraq doğurub:

"İyirmi ildir oxuyuram. Övladıma toy edə bilməyim? 500 min nə puldur? Yığmışam evlərimi maşınımı banka qoymuşam. Qızıllarımı satmışam. Təkcə dekor üçün 20 min vermişəm. Yaxşı dostlarım var toya 5-10 min pul yazdıranlar olub". 

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun