Əliyar Ağayev yenə Superliqaya dəvət aldı

9 Fevral 2024 15:52

Azərbaycanlı hakim Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasına dəvət alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, FİFA referisi fevralın 11-də keçiriləcək 22-ci turunun görüşünü idarə edəcək.

Belə ki, o, həmin gün baş tutacaq PAOK - AEK oyununda ədaləti qoruyacaq. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək.

Yerli Diamantopulos dördüncü hakim funksiyasını icra edəcək. Elçin Məsiyev isə VAR hakimi olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun