“Qarabağ” - “Braqa” oyununun biletləri satışda - FOTO

9 Fevral 2024 15:17

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Braqa" oyununun biletləri satışa çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

"VIP C" və "VIP D" sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun