Bu rayonda su kəsildi

9 Fevral 2024 14:41

Kürdəmir şəhərini içməli su ilə təmin edən Ağsu-Külüllü-Kürdəmir su xəttində qəza baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib.

Məlumata görə, qəza səbəbindən şəhərə suyun verilişi dayandırılıb.

Dövlət Su Ehtiyatları Agentliyi yanında "Azərsu" ASC də sözügedən məlumatı təsdiqləyib. Bildirilib ki, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun