Bayden Sisini “Meksika prezidenti” adlandırdı

9 Fevral 2024 17:36

Bayden keçirdiyi mətbuat konfransında Misir Prezidenti Əbdülfəttah əs-Sisini "Meksika prezidenti" adlandırıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Ağ Evin rəhbəri bunu Qəzza ilə bağlı sualı cavablandırarkən deyib.

Prezident eyni zamanda onun haqqında hazırlanan məhkəmə hesabatında yaddaşının zəifliyi ilə bağlı ittihamlara etirazını bildirib:

"Mənə hafizəmin yaxşı olmadığını deyilir, yaddaşım yaxşıdır. Oğlumun vəfat etdiyi ili xatırlamadığım qeyd olunub. Buna necə cürət edirlər? Kim bunu unuda bilər?"

Sözügedən hesabatda Baydenin vitse-prezidentliyi dövrdə məxfi sənədləri evinə apardığı vurğulanıb və Ağ Ev rəhbəri "xoş niyyətli, zəif hafizəsi olan yaşlı biri" kimi xarakterizə edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun