“Onu dayandırmaq mümkün deyil”

9 Fevral 2024 14:31

"Amerikalı biznesmen İlon Mask ağıllı insandır və lazım hesab etdiyi işləri görür".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində insan beyninə "Neuralink" şirkətinin çipinin yerləşdirilməsi barədə danışarkən deyib. 

"Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil: o, onsuz da lazım hesab etdiyi işləri görəcək", - deyə Rusiya lideri qeyd edib. 

Xatırladaq ki, yanvarın sonu İlon Mask insan beyninə ilk dəfə "Neuralink" şirkətinin çipinin yerləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, çip düşüncənin gücü ilə rəqəmsal cihazları idarə etməyə imkan verəcək. Mask, həmçinin çip yerləşdirilən şəxsin özünü yaxşı hiss etdiyini vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun