Almaniya XİN rəhbərinin babası nasist zabiti imiş

9 Fevral 2024 21:54

Almaniyanın xarici işlər naziri Annalena Berbokun babası Valdemar Berbok Vermaxt zabiti və nasist olub.

İkinci Dünya Müharibəsi zamanı o, zenit silahlarını təmir edən bölmədə mühəndis işləyib.

Sənədlərdə onun sadəcə bir zabit deyil, həm də "nasional sosializmin qızğın tərəfdarı" olduğu bildirilir. Valdemarın Hitlerin baxışlarını tam dəstəklədiyi vurğulanır. O, hətta 1944-cü ildə Hərbi Xidmət Xaçı ilə də təltif edilib.

Öz növbəsində Almaniya Xarici İşlər Nazirliyi Annalena Berbokun babasının keçmişindən və onunla bağlı belə sənədlərin varlığından xəbərdar olmadığını bildirib.