“Zirə”nin legioneri “Səbail” üzərində qələbədən danışdı

9 Fevral 2024 10:57

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Zirə" doğma meydanda "Səbail"i qəbul edib. Görüş "qartallar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az bildiriir ki, meydan sahiblərinin yarımmüdafiəçisi İbrahim Abbas oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:

"Çox yaxşı oyun alındı. Güclü komandaya qarşı çətin bir matç oldu. İlk dəfə idi ki, nəticəmiz belə yaxşı bitdi. Biz yarımfinalda özümüz üçün ən xoş missiyanı arzu edirik".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun