Quş vurmaq istəyirdi, özünü güllələdi

9 Fevral 2024 09:59

Tovuz sakini özünü güllələyib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

1959-cu il təvəllüdlü Arif Rəhmanov yaşadığı evin arxa tərəfində quş vurmaq istəyərkən ehtiyatsızlıqdan ov tüfəngindən açılmış atəş nəticəsində özünə xəsarət yetirib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun