Xəzər dənizində zəlzələ oldu

9 Fevral 2024 08:34

Qala stansiyasından 145 kilometr şərqdə, Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan "Report"a bildirilib ki, fevralın 9-da 05:49-da qeydə alınan zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun