"Kəpəz"dən növbəti transfer

9 Fevral 2024 08:06

"Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.

Milli.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ədilxan Qarəhmədov "sarı-göylər"in şərəfini qoruyacaq.

Gənc futbolçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Razılaşmaya əsasən, anlaşma daha bir il müddətinə artıra bilər.

23 yaşlı yarımmüdafiəçinin sonuncu klubu 1-ci liqa təmsilçisi "İrəvan" olub.

Qeyd edək ki, "Kəpəz" bu qış Amil Yunanov ("Səbail", icarə) və Camal Cəfərovu ("Sabah", icarə) da heyətinə cəlb edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun