Bakıda 42 yaşlı kişini avtomobil vurub

9 Fevral 2024 08:41

Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Cəyiyev İntiqam Məmmədhadi oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun